Uilyama Uels şahzadəsi titulu verib

Böyük Britaniya kralı III Çarlz böyük oğlu, taxt-tacın varisi Uilyama Uels şahzadəsi titulu verib.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə kral xalqa ilk televiziya müraciətində bildirib.

“Bu gün fəxrlə elan edirəm ki, böyük oğlum Uilyama uzun müddət daşımaq şərəfinə nail olduğum Uels şahzadəsi titulunu verirəm”, - III Çarlız deyib.