İranda zəlzələ olub

İranda 4,3 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların episentri Kirman vilayətinin Ravər şəhərindən 55 km məsafədə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində dağıntı və insan itkisi haqda məlumat verilməyib.