Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət rejimi uzadılıb
Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.
TASS agentliyi xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara məhdudiyyət rejimi 2022-ci il oktyabrın 2-dək uzadılıb”, - deyə məlumatda bildirilir.
Uçuşlara qoyulan müvəqqəti məhdudiyyət Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarını əhatə edir.