“Şimal axını”nda dördüncü sızma halı aşkarlandı
İsveçin Sahil Mühafizəsi Xidməti “Şimal Axını” kəmərində dördüncü sızmanı müşahidə edib.
Yerveinsan.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
Xatırladaq ki, 25 və 26 sentyabr tarixlərində “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin üç xəttində fövqəladə hal baş verib, sızıntı olub.
Hadisədən dərhal sonra Rusiya tərəfi “Şimal axını”ndakı insidentlə bağlı ABŞ-dan açıqlama da tələb edib.
Məlumat üçün əlavə edək ki, “Şimal axını” Rusiya qazını Avropaya nəql edən əsas marşrutdur.