Nobel Sülh mükafatı 3 namizədə verildi

2022-ci il üçün Nobel Sülh Mükafatı belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “ Memorial ” hüquq müdafiə təşkilatına və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinə verilib.
Nobel Komitəsi: "Sülh mükafatı laureatları öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər. Onlar uzun illər hakimiyyəti tənqid etmək və vətəndaşların əsas hüquqlarını qorumaq hüququnu təbliğ etmişlər. Onlar hərbi cinayətlərin, insan hüquqlarının pozulmasının və hakimiyyətin sui-istifadə edilməsinin sənədləşdirilməsi istiqamətində görkəmli səylər göstəriblər. Onlar birlikdə vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini nümayiş etdirirlər ".