ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Türkiyə, Rumıniya və Bolqarıstana səfər edəcək

ABŞ dövlət katibinin enerji resurları məsələləri üzrə köməkçisi Cefri Payet 10-14 oktyabr tarixlərində Türkiyə, Rumıniya və Bolqarıstana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, dövlət katibinin köməkçisi səfərləri zamanı ikitərəfli və kommersiya enerji əlaqələrini inkişaf etdirmək üçün hökumət rəsmiləri və enerji sektorunun liderləri ilə görüşəcək.

Bildirilir ki, C.Payet həmçinin Avropanın enerji təhlükəsizliyini gücləndirmək, Avropanın Rusiya yanacaqlarından asılılığını azaltmaq və təmiz enerjiyə keçidi stimullaşdırmaq üçün birgə səyləri müzakirə edəcək.//Trend