Türkiyədə partlayış ilə bağlı mədənin rəhbəri vəzifəsindən azad edilib
Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış ilə bağlı araşdırmalar başlayıb.
Araşdırmalar çərçivəsində mədənin texniki rəhbəri vəzifəsindən azad edilib.
Bildirilib ki, 350 metr dərinliyə enərək partlayışın baş verdiyi əraziyə daxil olan xilasetmə qrupları dağıntılar altından ölən şəxslərin cəsədlərini çıxarıblar.
İlkin araşdırmaya görə, mədəndən baş verən partlayışa metan qazının partlaması səbəb olub.
Qeyd edək ki, partlayış nəticəsində 41 nəfər həlak olub.//Trend