İran ordusu Araz çayı sahillərində hərbi təlimə başlayıb
Bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində hərbi təlimlərə başlayıb.
Bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. O bildirib ki, hətbi təlimləri SEPAH-ın “Aşura” qərargahı keçirir. Təlimlər 3 gün davam edəcək. Təlimlərdə üzən körpü quraşdıracaq şəxsi heyətin və hərbi avadanlıqların su hövzəsindən keçirilməsi məşq ediləcək.//AZƏRTAC