Putin təyyarə qəzası nəticəsində zərərçəkənlərə yardım göstərilməsi barədə göstəriş verib
Rusiya Prezidenti Vladimir Putin Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.
Faktla bağlı cinayət işi başlanılıb.