Rusiyada cinayətkar dəstənin erməni başçısı axtarılır
Rusiyanın İrkutsk vilayətində qətlə cəhd göstərmiş dəstənin başçısı Miro Miroyan axtarışa verilib.
Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə İdarəsi yerli sakinə basqın edərək, onu odlu silahla qətlə yetirməyə cəhd göstərən dəstənin cinayət işini araşdırır. İstintaq materiallarına görə, sentyabrın 1-də İrkutskda dörd nəfərdən ibarət dəstə yerli sakinə basqın edib, onun əllərini biləkdən kəsərək, ayaqlarına odlu silahdan atəş açıb. Cinayətin 500 min rubl və avtomobil üstündə baş verdiyi ehtimal olunur. Yerli KİV-lər hadisə iştirakçılarının hamısının erməni olduğunu bildirir.
Hadisəni törətmiş dəstənin iki üzvü saxlanılıb. Rusiya İstintaq Komitəsi cinayətin hazırda hüquq mühafizə orqanlarından gizlənən 35 yaşlı Miro Miroyan adlı şəxs tərəfindən təşkil edildiyini bildirib və onu federal axtarışa verib. (AZƏRTAC)