Alimlərdən koronavirusla bağlı qorxulu açıqlama: “Yoluxanların sayı artacaq”
Alimlər koronavirusun yeni dalğası ilə bağlı qorxulu açıqlama veriblər.
Alimlər dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyasında yeni dalğa ilə bağlı narahatlıq yaradan araşdırma haqda məlumat veriblər.
Belə ki, 2019-cu ilin son həftələrində Çinin Uhan şəhərində ortaya çıxan koronovirus epidemiyası yeni variantlarla öz təsirini göstərməkdə davam edir.
Xəstəliyin sayının artması ilə bağlı ÜST, EMA və CDC kimi qurum və təşkilatlardan açıqlamalar gəlsə də, ABŞ universitetlərindən biri olan Vaşinqton Universitetində aparılan modelləşdirmə araşdırması həyəcan verici təhlillər aparıb.
Universitet daxilində araşdırmalarını davam etdirən Sağlamlıq məlumatları və qiymətləndirmə institutunda çalışan elm adamları yeni koronavirus dalğasının 2023-cü ildə daha güclü təsir edəcəyi ilə bağlı proqnozlar veriblər.
Aparılan təhlillər nəticəsində məlum olub ki, dünyada yoluxmaların sayı getdikcə artmağa davam edəcək. Qarşıdakı aylarda yoluxma sayının artacağını bildirən elm adamları fevral ayında gündə orta hesabla yoluxma sayının 18,7 milyona çatacağını proqnozlaşdırıblar./azxəbər