Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Yerveinsan.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, nazirlər “taxıl dəhlizi”, Qafqazdakı son proseslər, eləcə də “3+3” formatında əməkdaşlıq platformasına aid məsələləri müzakirə ediblər.