FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

O, UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Hapoel Beer-Sheva” (İsrail) – “Avstriya” (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Matç noyabrın 3-də İsraildə oynanılacaq.