Tələbələr universitetləri məhkəməyə verir
İngilitərəli tələbələr pandemiya dövründə tədrisin keyfiyyətinin aşağı düşməsinə görə universitetlərdən təzminat tələb edir
İngilis tələbələr pandemiya zamanı onlayn formatda təhsil almaq üçün kompensasiya tələb edirlər
"Evening Standard " nəşri yazır ki, təxminən 20 min tələbə İngiltərə universitetlərinə qarşı karantin və müəllim tətilləri zamanı təhsil və yaşayış üçün tam ödəniş tələb etdikləri üçün kütləvi iddia qaldırıb.
Tələbələr karantin dövründə tədrisn keyfiyyətinin aşağı düşməsinə görə kompensasiya tələb edirlər. Pandemiya zamanı bir çox universitet onlayn təhsilə keçib, bu da məzunların praktik bacarıqlarını itirməsinə və məşğulluq problemləri ilə üzləşməsinə səbəb olub. Belə bir iddia irəli sürülən ilk universitet London Universitet Kolleci (UCL) olub. Bu günə qədər adışəkilən universitetə qarşı kollektiv kompensasiya tələbinə UCL-un 3500 -dən çox tələbəsi və məzununları qoşulub.
London İqtisadiyyat Məktəbi (LSE), Mançester, Leeds, Birmingem, Uorvik və Kardiff universitetləri də daxil olmaqla ümumilikdə 18 universitetə təzminat məzmunlu məktublar göndərilib.
Aparıcı hüquqşünaslar tələbələrə pulsuz olaraq kömək etməyə razılıq veriblər. Müvəffəq olacaqları təqdirdə, hər bir ingilis tələbənin təxminən 5 min funt sterlinq, əcnəbi tələbələrin isə daha çox təzminat ala biləcəyi təxmin edilir. Fevralın 2-də tələbələrin tələbi əsasında UCL-nin mühakimə olunmasına dair məhkəmə qərarı nın verilməsi gözlənilir.
"Tələbələr başa düşürlər ki, bəzən universitetlər kampusları bağlamalı olur və müəllimlərin tətilini dayandırmaq həmişə mümkün olmur. Bununla birlikdə, tələbələrin, məsələn, kursların pozulması səbəbindən üzlədikləri itkilərə görə məsuliyyət təhsil müəssisələrinin çiyinlərinə düşməlidir" , -deyə tələbələrin ittiham müraciətində qeyd olunur.
UCL-in sözçüsü isə pandemiya dövründə universitetin tələbə icmasının sağlamlığını və təhlükəsizliyini prioritetləşdirdiyini və İngiltərə hökumətinin göstərişlərinə əməl etdiyini söyləyib.
Oruc MUSTAFAYEV