Avropa İttifaqı Rusiyanın aktivlərini Ukraynanın bərpasına yönəltmək istəyir

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi məsələsini araşdırır.

Bu barədə "Bloomberg" məlumat yayıb. 

Bildirilir ki, təklif hələ ilkin mərhələdədir. Hüquqşünaslar bütün mümkün variantları araşdırırlar.

Qeyd edək ki, Ukrayna müharibəsi başlaıqdan sonra Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivləri ABŞ və Avropada dondurulub.