İzmirdə baş verən zəlzələ nəticəsində bəzi binalara zərər dəyib
Noyabrın 4-də Türkiyə vaxtı ilə saat 3:29-da İzmir bölgəsində baş verən Rixter cədvəli üzrə 4.9 bal gücündə zəlzələ nəticəsində bəzi binalara zərər dəyib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazir bildirib ki, artıq iyirmiyədək binada çatların əmələ gəldiyi aşkarlanıb. Araşdırmalar davam edir.
Digər bir məlumata görə, yeraltı təkandan qorxaraq özünü yuxarıdan tullayan 3 nəfər yaralanıb.