İstanbulda partlayış törətməkdə şübhəli bilinən qadın tutulub - Nazir açıqladı

Türkiyə polisi bazar günü İstanbulun İstiqlal küçəsinə insan ölümü ilə nəticələnən bomba qoymaqda şübhəli bilinən şəxsi saxlayıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 

Bir müddət əvvəl terror aktını qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır.

Soylu qeyd edib ki, izlər Ankaranın terrorçu elen etdiyi Suriyadakı kürd qruplaşmalarına aparıb çıxarır.