Qazaxıstan MSK: Prezident seçkilərində Kasım-Jomart Tokayev qalib gəlib

Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev noyabrın 20-də keçirilən prezident seçkilərində 81,31 faiz səs toplayaraq qalib gəlib.

Yerveinsan.az Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib. Onun sözlərinə görə, Kasım-Jomart Tokayevə 6 milyon 456 min 393 seçici səs verib, bu da səsvermədə iştirak edənlərin 81,31 faizini təşkil edir.