İranda siyasi məhbus acınacaqlı duruma salınıb
Fərhad Meysəmi edamların dayandırılmasını, həbsdə olan siyasi və mülki hüquq müdafiəçilərinin azad edilməsini tələb edərək ötən aydan etibarən aclıq aksiyasına başlayıb. Yerveinsan.az "Azad İran"a istinadən xəbər verir ki, hazırda sosial şəbəkələrdə yayılan şəkillərdə Fərhad Meysəminin həddindən artıq arıqlaması və sağlıq durumunun acınacaqlı olması əks olunub.
Qeyd edək ki, Fərhad Meysəmi 2017-ci ilin avqustundan həbsdədir. O, məcburi hicaba qarşı apardığı mədəni mübarizəsinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.