XİN: Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb

Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.