Sabah Bakıya yağış yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.