Hatayda 4,4 bal gücündə zəlzələ baş verib
Türkiyənin Hatay vilayətinin Hassa rayonunda yerli vaxtla saat 05:23-də 4,4 bal gücündə zəlzələ baş verib.
Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı məlumatda zəlzələ ocağının 11,52 kilometr dərinlikdə olduğu bildirilib.