FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq martın 15-dək respublikanın bəzi ərazilərində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin sürətinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, gözlənilən küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!