Çinin lideri Rusiyaya dövlət səfəri edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya dövlət səfəri edib.
Çin rəhbərinin təyyarəsi Vnukovo paytaxt aeroportuna Moskva vaxtı ilə 12:59 radələrində enib.
Bu, Ukraynada müharibə başladıqdan sonra Si Cinpinin Rusiya Federasiyasına ilk səfəridir. Çin liderinin səfəri üç gün çəkəcək.
Ukrayna danışıqlar gündəliyində duran əsas mövzulardan biridir.//trend