Narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yerveinsan.az-averilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Şirinbəy kənd sakini X.Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 386 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.