Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir
Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.
Yerveinsan.az “TRT Haber”ə istinadla xəbər verir ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 milyonu keçib. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.