Bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar

İyunun 4-də Nəsimi rayonu ərazisində paytaxt sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatı məbləğində pulunun çıxarılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Yerveinsan.az-a bildirilib ki, rayon polis idarəsi 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar.

İyunun 8-də isə Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq yaxalanıb. Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.