Eldar Zülfüqarov Avropa çempionatına təyinat alıb

Yerveinsan.az xəbər verir ki, Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib. Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb.

Ədalət təmsilçimiz Bolqarıstanın ev sahibliyi etdiyi B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq.

Qeyd edək ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıb. Bu qrupda mübarizəyə bu gün start veriləcək.