"Qarabağ" "Olimpiya" ilə cavab matçına çıxır

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Yerveinsan.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxacaq.

Ağdam klubu Bakıda Sloveniya "Olimpiya"sını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

"Qarabağ" səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazanıb ki, bu da qrup mərhələsinə gedən yolda Qurban Qurbanovun komandasına üstünlük verir.