Faktiki hava: Paytaxtda küləyin maksimal sürəti saniyədə 30 metrə çatır

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hazırda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar məlumat yayıb.

Xidmətdən bildiriblər ki, noyabrın 10-u saat 10:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 30 metrə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. Naftalanda küləyin sürəti saniyədə 26, Goranboyda 23, Gəncə, Şahdağda 20, Altıağac, Bərdə, Qobustanda 18, Tərtər, Şabran, Qubada 16 metrədək güclənib.

Ölkə ərazisində müşahidə olunan güclü külək bu gün axşam saatlarından tədricən zəifləyəcək.