Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək - XİN
Noyabrın 21-də Moskvada Türkiyə və Rusiya nümayəndə heyətləri arasnda siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, nümayəndə heyətlərinə Türkiyə tərəfindən xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiya tərəfindən isə xarici işlər nazirlərinin müavinləri Sergey Verşinin və Aleksandr Qruşko başçılıq edəcəklər.
Bildirilib ki, məsləhətləşmələr zamanı Türkiyə ilə Rusiya Federasiyası arasında ikitərəfli və regional məsələlər müzakirə ediləcək.//Trend