Qanunsuz saxlanılan odlu silahlar götürülüb

Masallı rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində daha 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları "İJ" markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.