Bayram günlərinin hava proqnozu açıqlanıb

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək. Yanvarın 1-də gecə və səhər isə arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 11-16° isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° saxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° saxtadan 3°-dək isti, gündüz 11-16 isti olacaq.

Balakən–Şəki bölgəsində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 metr/saniyə olacaq. Havanın temperaturu gecə 0-5 isti, gündüz 11-16°, dağlarda gecə 3-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Quba-Xaçmaz bölgəsində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 7-12° isti olacaq.

Dağlıq Şirvan iqtisadi rayonunda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi arabir 15-17 metr/saniyə olacaq. Havanın temperaturu gecə 0-5°, gündüz 10-15° isti təşkil edəcək.

Qazax-Gəncə bölgəsində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 metr/saniyə olacaq. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti təşkil edəcək.

Mərkəzi Aran bölgəsində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacaq.

Lənkəran-Astara bölgəsində havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 11-16°, dağlarda gecə 0-3°, gündüz 6-11° isti təşkil edəcək.