HƏMAS və İsrail girovlarla bağlı razılaşma üzərində işləyir

HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda saxlanılan girovların azad edilməsi və Fələstin eksklavında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın şərtləri üzərində işləyir.

 “Haaretz” qəzeti bu barədə danışıqlarda iştirak edən xarici diplomatik mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, sazişin həyata keçirilməsi üçün “ideal vaxt” 2024-cü il martın 11-dən aprelin 9-na təsadüf edən Ramazan ayıdır. Eyni zamanda, İsrail yaxın həftələrdə Qəzza sektorunun cənubunda əməliyyatların intensivliyini azaltmaq niyyətindədir.