Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.

2025-ci il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.
Nobel Komitəsi oktyabrın 9-da macar yazıçı Laslo Krasnaxorkainin ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. O, “apokaliptik dəhşətin ortasında belə sənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə” bu mükafata layiq görülüb.