Kamçatkada 6,1 bal gücündə zəlzələ qeydə alınıb

Kamçatkada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələ 25 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 180 km şərqdə baş verib.