Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib

Sakit Okeanda, Rusiyanın Şimali Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

 Məlumata əsasən, zəlzələ Severo-Kurilskdə iki və ya üç bal gücündə hiss olunub. Sunami xəbərdarlığı elan edilməyib.