Tramp Cənubi Amerikada narkotik daşıyan qayıqlarla əlaqəli olduğu iddia edilən bir obyektin vurulduğunu bildirib

Tramp mövzu ilə bağlı WABC Radiosuna açıqlama verib

Karib hövzəsində və Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən qayıqlara qarşı hücumlar barədə danışan Tramp, “Oxudunuzmu, gördünüzmü bilmirəm. Qayıqların gəldiyi böyük bir obyekt var. İki gecə əvvəl onu məhv etdik. Onlara çox sərt zərbə vurduq.” deyə bildirib.

Tramp hücumla bağlı təfərrüat verməzken, ABŞ rəsmiləri tərəfindən də mövzu ilə əlaqədar hər hansı açıqlama edilməyib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, sentyabrın əvvəlindən bəri ABŞ ordusu tərəfindən Karib hövzəsində və Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən qayıqlara qarşı azı 26 hücum həyata keçirilib və bu hücumlar nəticəsində ən azı 104 nəfər həyatını itirib.

ABŞ ordusunun son dövrlərdə narkotik qaçaqmalçılığı etdikləri iddiası ilə Karib bölgəsində və Sakit okeanda bəzi qayıqlara hücum təşkil etməsi və içindəki insanları birbaşa hədəf alması beynəlxalq ictimaiyyətdə “məhkəməsiz edam” aparıldığı ilə bağlı müzakirələrə səbəb olur.https://www.aa.com.tr/