Gələn il yaşayış minimumu 300 manat olacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

 Qanuna əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.

 
Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.