Nikolas Maduro Nyu-Yorkda başlayan məhkəmədə ona yönəldilən ittihamları rədd edib
ABŞ-ın hərbi müdaxilə ilə saxladığı Venesuela prezidenti Nikolas Maduro Nyu-Yorkda başlayan məhkəmədə ona yönəldilən ittihamları rədd edib. O, özünə aid ittiham aktını ilk dəfə gördüyünü, onu şəxsən oxumaq istədiyini bildirib və hüquqları barədə məlumatı olmadığını deyib. Maduro “Mən günahsızam. Burada qeyd olunan heç bir şeydə təqsirli deyiləm” ifadələrini işlədib.
Hakim Hellerstein isə “bunun ədalətli məhkəmə prosesi olacağını” bildirərək, Maduraya yönəldilən ittiham aktını oxuyub. Maduro’nun həyat yoldaşı Cilia Flores də ona qarşı irəli sürülən ittihamları rədd edərək “tamamilə günahsız” olduğunu deyib.
The New York Times qəzetinin xəbərinə görə, Maduro məhkəmə zalından çıxarkən “Mən müharibə əsiriyəm” deyib.
Bu hadisələr baş verərkən, digər tərəfdən “Venesuelanı biz idarə edəcəyik” deyən Tramp Kuba, Meksika, Kolumbiya və Qrenlandı da hədələyib.

