Venesuela Ali Ədalət Məhkəməsi Delcy Rodrigesi müvəqqəti Prezident təyin etdi
Venesuela Ali Ədalət Məhkəməsi (TSJ), Dövlət Prezidenti Nikolas Maduronun ABŞ əməliyyatı zamanı saxlanılmasından sonra, Dövlət Prezidentinin müavini Delcy Rodrigesin ölkənin müvəqqəti Dövlət Prezidenti vəzifəsini icra etməsinə qərar verib.
El Nacional internet saytının xəbərinə görə, TSJ tərəfindən yayımlanan açıqlamada bildirilib ki, Delcy Rodriges inzibati davamlılığı və ölkənin bütövlükdə müdafiəsini təmin etmək məqsədilə Venesuela Dövlət Prezidentliyi vəzifəsinə aid olan bütün səlahiyyətləri, vəzifə və məsuliyyətləri müvəqqəti olaraq öz üzərinə götürəcək.

