Prezident Petro: Tramp Kolumbiyaya müdaxilə etsə, xalqın qəzəbi ilə üzləşəcək

ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Kolumbiyaya müdaxilə edərsə, “xalqın qəzəbi” ilə üzləşəcək. Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki hesabında yazıb.

“ Mən narkotik taciri deyiləm. Yeganə mülküm hələ də maaşımdan ödədiyim ailə evimdir. Bank çıxarışlarım dərc olunub. Heç kim maaşımdan artıq pul xərclədiyimi deyə bilməz. Mən acgöz deyiləm”, — deyə dövlət başçısı bildirib.