Venesuelanın La-Quayra limanı ABŞ-ın zərbələri nəticəsində ciddi zərər görüb

Venesuelanın La-Quayra limanı ABŞ-ın zərbələri nəticəsində ciddi zərər görüb. Bu barədə Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA Reuters-ə bildirib.

Qeyd olunur ki, paytaxt Karakasın yaxınlığında yerləşən bu liman ölkənin ən iri limanlarından biridir, lakin neft hasilatı üçün istifadə olunmur.

Agentliyin şirkətdəki mənbələrinin verdiyi məlumata görə, ilkin qiymətləndirməyə əsasən, neftin hasilatı və emalı adi qaydada davam edib və bu obyektlər Amerika zərbələrindən zərər görməyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Maduronun və onun həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını elan edib. O vurğulayıb ki, ABŞ Venesuelaya qarşı uğurlu zərbə endirib və əməliyyat Amerika hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.