Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb - Tramp
“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib”.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb.
“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilib. Təfərrüatlar sonradan açıqlanacaq”,- deyə o qeyd edib.//Azərtac

