Rubio Maduronun harada olduğunu açıqladı
Rubio Maduronun ABŞ-da nəzarət altında saxlanıldığını bildirib
Venesuela prezidenti Nikolas Maduro ABŞ-da nəzarət altında saxlanılır. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib. Onun sözlərini amerikalı respublikaçı senator Mayk Li sitat gətirib.
“Az əvvəl Marko Rubio ilə telefon danışığını bitirdim. O mənə bildirdi ki, Nikolas Maduro ABŞ-da irəli sürülmüş cinayət ittihamları üzrə məhkəmə araşdırmasının aparılması üçün Amerika hərbçiləri tərəfindən saxlanılıb və bu gün müşahidə etdiyimiz güc tətbiqi həbsetmə orderini icra edən şəxslərin müdafiəsi məqsədi daşıyıb”, — deyə Li X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Venesuela hökuməti Maduronun harada olduğu barədə məlumat və onun sağ olduğuna dair sübutlar tələb edib. Respublika başçısının və onun həyat yoldaşının ələ keçirildiyini yanvarın 3-də ABŞ prezidenti Donald Tramp bəyan etmişdi.//https://lenta.ru/

