ABŞ mətbuatı: Maduro və həyat yoldaşını daşıyan təyyarə Nyu-Yorka endi
ABŞ-nin əməliyyatından sonra saxlanılan Venesuela Dövlət Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Floresi daşıyan təyyarənin Nyu-York şəhərinin şimalındakı bir bazaya endiyi bildirilib.
CBS News-un xəbərinə görə, Maduro və Floresi daşıyan təyyarə Stüart Hava Milli Qvardiya Bazasına enib.
Maduro və Floresin Bruklin bölgəsində yerləşən federal səviyyəli Metropolitan Həbsxanasında saxlanılmasının gözlənildiyi qeyd edilib.
Bu kompleksdə daha əvvəl Joaquin Guzman, Sean Combs, Luigi Mangione və Ghislaine Maxwell kimi yüksək profilli məhbuslar saxlanılıb.
CNN-in federal bir səlahiyyətliyə istinadən verdiyi xəbərə görə, Maduro və Floresin gələn həftə Manhetten federal məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilib.

