Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb
Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.
Bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.
Bundan öncə fransalı nazir çıxışı zamanı bildirib ki, Ermənistana öz müdafiə potensialını qurmaqda kömək etməkdə Fransa məsuliyyət daşıyır.