Xəbərdarlıq: Martın 24-ü hava yağıntılı və küləkli olacaq

Martın 23-ü günün ikinci yarısından 24-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, martın 23-ü axşam yarımadanın bəzi yerlərində arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, martın 23-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Martın 24-ü gündüzədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Martın 23-ü səhər və gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, martın 23-ü gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.