Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda ermənistanlı Lusine Gevorqyanı mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.