Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.